Xəzər Xəbər

Əhməd Obalı: Şimali Azərbaycan bütün azərbaycanlıların ümidi olacaq

Gündəm | 11:50 • 5 Dekabr 2022
Əhməd Obalı: Şimali Azərbaycan bütün azərbaycanlıların ümidi olacaq

Cənubi Azərbaycanın fəalı kimi hər zaman Şimali Azərbaycanın qələbəsini istəmişik. İnanmışıq ki, Azərbaycan bütün azərbaycanlıların ümidi olacaq. Uzun müddətdir Araz çayına gələ bilmirdim. Xudafərin körpüsünə gələnə qədər ərazilərdə vandalizmin şahidi oldum. İran hərbçiləri körpünün digər hissəsinə gəlməyə icazə vermirdilər.

Xezerxeber.az xəbər verir ki, bu fikirləri dekabrın 5-də Mətbuat Şurasında keçirilən görüşdə Cənubi (Güney) Azərbaycanın milli fəalı, “GünazTV”nin rəhbəri Əhməd Obalı söyləyib.

1992-ci ildən bu yana Şimali Azərbaycanın enişli-yoxuşlu yollar keçdiyini diqqətə çatdıran Əhməd Obalı Şuşanın işğaldan olunmasını indiki kimi xatırladığını vurğulayıb.

Ə.Obalı xatırladıb ki, 1828-ci ildə Azərbaycan ikiyə bölündü: "Hələ də Cənubi Azərbaycanın idarəçiliyi ilə məşğul olan fars şovinizmi Azərbaycanın güclü olacağına inanmırdı. Amma onlar səhv proqnoz verdilər".

"GünazTV”nin rəhbəri qeyd edib ki, İranda 30 milyondan çox cənubi azərbaycanlının hüquqları tapdalanır: "Pəhləvilər hakimiyyətə gəldikdən sonra bu hal daha da gücləndi. İranda ana dilimizdəki kitabları yığıb yandırıblar. Müəllimlərimizi öldürüblər, zülm ediblər. Biz isə onlara inandıq".

Xəbər lenti