Xəzər Xəbər

Hulusi Akar Azərbaycana gəlir

Gündəm | 11:31 • 5 Dekabr 2022
Hulusi Akar Azərbaycana gəlir

Türkiyənin milli müdafiə naziri ordu generalı Hulusi Akar bu gün Azərbaycana səfər edəcək.

Xezerxeber.az “Anadolu”ya istinadən xəbər verir ki, nazir Bakıda bir sıra görüşlər keçirəcək.

H.Akarı Türkiyə Silahlı Qüvvələrinin bir sıra rəsmi şəxsləri müşaiyət edəcək.

Qeyd edək ki, Azərbaycan ilə Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Azərbaycan-Türkiyə birgə təlimi keçirilir.

Xəbər lenti