Xəzər Xəbər

Ermənilər Kəlbəcəri atəşə tutub, adekvat cavab tədbirləri görülüb

Gündəm | 10:08 • 4 Dekabr 2022
Ermənilər Kəlbəcəri atəşə tutub, adekvat cavab tədbirləri görülüb

Dekabrın 4-də saat 03:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Xəbər lenti