Xəzər Xəbər

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Gündəm | 18:48 • 3 Dekabr 2022
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Dekabrın 3-ü saat 16:30 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Xocavənd rayonu istiqamətində yerləşən mövqeyi atıcı silahlardan atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildirilib ki, qeyd olunan istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Xəbər lenti