Xəzər Xəbər

Duman səbəbindən bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq

Gündəm | 16:53 • 3 Dekabr 2022
Duman səbəbindən bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq

Dekabr ayının 4-də qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq, əsasən gecə və səhər saatlarında ölkə ərazisində magistral avtomobil yollarının bəzi hissələrində görmə məsafəsinin 200-700 metrədək məhdudlaşacağı ehtimalı var.

Bu barədə xezerxeber.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Xəbər lenti