Xəzər Xəbər

Umayra Tağıyeva: "Dekabrın 7-nə kimi hava soyuq olacaq"

Gündəm | 16:21 • 2 Dekabr 2022
Umayra Tağıyeva: "Dekabrın 7-nə kimi hava soyuq olacaq"

“Bu il dekabr ayının əvvəli daha çox tutqun keçəcək, fasilələrlə yağıntı olacaq”.

Bunu ETSN-in Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva “Ekspert saatı”nda deyib: “Əsasən şimal və şərq rayonlarında yağıntıların daha intensiv olacağı gözlənilir. Ayın 7-nə kimi hava soyuq olacaq. Paytaxtda bu müddət ərzində ən soyuq havanın ayın 4-dən 6-na kimi olacağı gözlənilir. Gecə və gündüz temperaturu biri-birinə yaxın - 3-6 dərəcə isti olacaq. Dekabrda şaxta gözlənilmir. Ona görə də Abşeronda yağıntılar yağış şəklində olacaq. Lakin qar görmək istəyənlər ölkənin digər ərazilərinə səfər edə bilərlər”. (APA)

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024