Xəzər Xəbər

Ceyhun Bayramov Polşaya səfər edib

Gündəm | 08:52 • 30 Noyabr 2022
Ceyhun Bayramov Polşaya səfər edib

Noyabrın 30-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında iştirak etmək məqsədilə Polşa Respublikasına işgüzar səfərə yola düşüb.

Bu barədə xezerxeber.az-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.

Səfər çərçivəsində, həmçinin nazir Ceyhun Bayramovun ikitərəfli görüşlərinin keçirilməsi də nəzərdə tutulur.

Xəbər lenti