Xəzər Xəbər

Azərbaycan Ordusunda "Snayper hazırlığı kursu" keçirilir

Gündəm | 17:54 • 29 Noyabr 2022
Azərbaycan Ordusunda "Snayper hazırlığı kursu" keçirilir

Bu ilin döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunda "Snayper hazırlığı kursu" keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Xezerxeber.az-a bildirilib ki, tədris proqramına uyğun olaraq yüksək hərbi biliyə və təcrübəyə malik zabitlər tərəfindən kursantlara müxtəlif snayper silahlarının taktiki-texniki xüsusiyyətləri və onların istismar qaydaları öyrədilir. İştirakçıların snayper silahından istifadə vərdişlərinin artırılması üçün praktiki atışlar icra edilir.

Hərbi qulluqçuların döyüş qabiliyyətinin daha da yüksəldilməsi məqsədilə təşkil olunan kursu müvəffəqiyyətlə bitirənlərə sertifikatlar təqdim ediləcək.

Xəbər lenti