Xəzər Xəbər

Kərim Vəliyev Azərbaycanın ABŞ-dəki səfirliyində olub FOTO

Gündəm | 08:58 • 29 Noyabr 2022
Kərim Vəliyev Azərbaycanın ABŞ-dəki səfirliyində olub

Amerika Birləşmiş Ştatlarında səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 28-də ölkəmizin ABŞ-dəki səfirliyində olub.

Xezerxeber.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, səfər zamanı nümayəndə heyətinin ABŞ-nin hərbi rəhbərliyi və “Ştatla Tərəfdaşlıq Proqramı” çərçivəsində Oklahoma ştatında görüşlərin keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, səfər çərçivəsində Azərbaycan Ordusu ilə Oklahoma Milli Qvardiyası arasında əməkdaşlığın 20 illiyi münasibətilə bir sıra tədbirlər təşkil olunacaq.

Xəbər lenti