Xəzər Xəbər

Azərbaycan Ordusunun Baş Qərargah rəisinin ABŞ-yə səfəri başlayıb

Gündəm | 17:50 • 28 Noyabr 2022
Azərbaycan Ordusunun Baş Qərargah rəisinin ABŞ-yə səfəri başlayıb

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarında səfərdədir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildirilib ki, səfər zamanı nümayəndə heyətinin ABŞ-nin hərbi rəhbərliyi və “Ştatla Tərəfdaşlıq Proqramı” çərçivəsində Oklahoma ştatında görüşlərin keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, səfər çərçivəsində Azərbaycan Ordusu ilə Oklahoma Milli Qvardiyası arasında əməkdaşlığın 20 illiyi münasibətilə bir sıra tədbirlər təşkil olunacaq.

Xəbər lenti