Xəzər Xəbər

AZƏRTAC-a təyin edilən yeni sədr kimdir? DOSYE

O, Azərbaycan Dillər Universitetini bitirib
Gündəm | 14:33 • 28 Noyabr 2022
AZƏRTAC-a təyin edilən yeni sədr kimdir?

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Vüqar Əliheydər oğlu Əliyev Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri təyin edilib.

Xezerxeber.az Oxu.Az-a istinadən Vüqar Əliheydər oğlu Əliyevin dosyesini təqdim edir:

Vüqar Əliheydər oğlu Əliyev 1980-ci ildə Bakıda anadan olub. O, Azərbaycan Dillər Universitetini bitirib.

İkinci ali təhsilini isə Moskva Dövlət Linqvistika Universitetində jurnalistika ixtisası üzrə alıb.

O, bu vəzifəyə təyin olunana qədər AZƏRTAC-da bölmə müdiri kimi, daha sonra isə Prezident Administrasiyasında məsul vəzifədə çalışıb.

Vüqar Əliyev ailəlidir, üç övladı var.

Xəbər lenti