Xəzər Xəbər

Azərbaycanın Müdafiə Nazirliyi Rusiya sülhməramlılarına çağırış etdi

Gündəm | 08:28 • 25 Noyabr 2022
Azərbaycanın Müdafiə Nazirliyi Rusiya sülhməramlılarına çağırış etdi

Azərbaycanın Müdafiə Nazirliyi Rusiyanın sülhməramlı kontingentinin komandanlığına çağırış edib.

Xezerxeber.az-ın xəbərinə görə, nazirliyin yaydığı açıqlamada bildirilir:

"Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığını müvafiq məlumatlarında ölkəmizin ərazisindəki yaşayış məntəqələrinin adlarını düzgün toponimlərlə ifadə etməyə və qanunsuz erməni hərbi birləşmələrinin ərazilərin minalanması daxil olmaqla, bütün təxribatçı fəaliyyətlərinin ciddi surətdə qarşısının alınmasına çağırırıq".

Xəbər lenti