Xəzər Xəbər

Ceyhun Bayramov: Ermənistanın destruktiv addımları qəbuledilməzdir

Gündəm | 17:28 • 24 Noyabr 2022
Ceyhun Bayramov: Ermənistanın destruktiv addımları qəbuledilməzdir

Minalar Laçın dəhlizi vasitəsilə gətirilərək Azərbaycan ərazilərində basdırılıb. Bu, üçtərəfli bəyanatda dəhlizin istifadə məqsədlərinə ziddir və buna son qoyulmalıdır.

Xezerxeber.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib. 

XİN rəhbəri qeyd edib ki, Ermənistanın üçtərəfli bəyanatla bağlı destruktiv addımları qəbuledilməzdir.

Nazirin sözlərinə görə, avqust ayından bəri Azərbaycan ərazilərində 2700-ə yaxın Ermənistan istehsalı olan minalar aşkar olunub. Həmin minalar 2021-ci ildə istehsal olunub.

XİN rəhbəri vurğulayıb ki, bununla bağlı lazımi beynəlxalq qurumlar məlumatlandırılıb.

“Ermənistanın öz öhdəliklərini yerinə yetirməməsi qəbuledilməzdir və post-münaqişə dövründə normallaşma prosesinə zərbədir”, - nazir qeyd edib.

Ceyhun Bayramov onu da vurğulayıb ki, erməni silahlı dəstələri hələ də Azərbaycan ərazilərini tam tərk etməyib.

Xəbər lenti