Xəzər Xəbər

DTX: Ermənistan müasir silahlar almağa cəhd göstərir, sülh müqaviləsinin imzalanmasını yubatmağa meyl edir

Gündəm | 11:34 • 24 Noyabr 2022
DTX: Ermənistan müasir silahlar almağa cəhd göstərir, sülh müqaviləsinin imzalanmasını yubatmağa meyl edir

İki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində görülən işlərə Ermənistandakı revanşist qüvvələr hər vəchlə maneçilik törətməyə çalışır.

Xezerxeber.az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidməti (DTX) rəisinin birinci müavini general-leytenant Ceyhun Şadlinski Azərbaycan Respublikası Təhlükəsizlik Şurası Katibinin Xidmətinin təşkilatçılığı ilə “Vətən müharibəsinin təcrübələri” mövzusunda keçirilən konfransda deyib.

O qeyd edib ki, Ermənistanın silahlanmaya və ordu quruculuğuna öz imkanlarından artıq maliyyə vəsaiti ayırması, müxtəlif xarici dövlətlərdən müasir silahlar və hərbi təyinatlı avadanlıqlar almağa cəhdlər göstərməsi, sülh müqaviləsinin imzalanmasını bütün mümkün vasitələrdən istifadə etməklə yubatmağa meyl etməsi narahatlıq doğuran məqamlardır.

Həmçinin vurğulanıb ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə hərbi texnikaların daşınması, orada müxtəlif təxribat xarakterli tədbirlərin keçirilməsinə şərait yaradılması da xüsusilə diqqət çəkir.

Xəbər lenti