Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru Xəzər dənizinin resurslarını Mərkəzi və Şərqi Avropaya nəql olunmasına kömək edəcək.
Xezerxeber.az xəbər verir ki, bunu Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimində çıxışında bildirib.
Baş nazir, həmçinin deyib: “Burada iştirak edən hər kəs bilir ki, infrastruktura yatırılan bu investisiyalar ölkələrimizin iqtisadiyyatına uzunmüddətli fayda verəcək”.