Xəzər Xəbər

Azərbaycan prokurorluğunun yaranmasından 104 il ötür

Gündəm | 09:48 • 1 Oktyabr 2022
Azərbaycan prokurorluğunun yaranmasından 104 il ötür

Oktyabrın 1-i Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 104 illiyi və 1 Oktyabr - prokurorluq işçilərinin peşə bayramı günüdür.

Ümummilli lider Heydər Əliyev 1998-ci il iyulun 17-də Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1918-ci il 1 oktyabr tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlamasını əsas tutaraq, hər il oktyabrın 1-nin Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi təsis olunmasına dair Sərəncam imzalayıb.

Xezerxeber.az-ın məlumatına görə, həmin vaxtdan etibarən hər il oktyabrın 1-də prokurorluq işçiləri peşə bayramlarını qeyd edirlər. 

Xəbər lenti