Xəzər Xəbər

Ceyhun Bayramov ilə Mevlüt Çavuşoğlu arasında teelefon danışığı olub

Gündəm | 14:06 • 28 Sentyabr 2022
Ceyhun Bayramov ilə Mevlüt Çavuşoğlu arasında teelefon danışığı olub

Sentyabrın 28-də Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub. 

Azərbaycan XİN-dən xezerxeber.az-a verilən xəbərə görə, nazirlər bölgədə mövcud olan son vəziyyət üzrə fikir mübadiləsi aparıblar.

Post-münaqişə mərhələsində bölgədə Azərbaycan tərəfindən görülən işlər, o cümlədən geniş bərpa və quruculuq işlərinin bölgənin sülh şəraitində inkişafına xidmət etdiyi vurğulanıb.

Tərəflər, ikitərəfli əməkdaşlıq gündəliyinin aktual mövzularını, həmçinin Türk Dövlətləri Təşkilatının Zirvə görüşünə hazırlıq məqsədilə İstanbulda keçirilməsi nəzərdə tutulan nazirlər görüşü ilə bağlı məsələləri müzakirə ediblər.

Xəbər lenti