Xəzər Xəbər

Azərbaycan və Rusiya XİN rəhbərləri arasında telefon danışığı olub

Gündəm | 14:17 • 28 Sentyabr 2022
Azərbaycan və Rusiya XİN rəhbərləri arasında telefon danışığı olub

Sentyabrın 28-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

Azərbaycan XİN-dən xezerxeber.az-a verilən məlumata görə, nazirlər bölgədə mövcud olan cari vəziyyəti, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Telefon danışığı zamanı, həmçinin iki dövlət arasında əməkdaşlıq gündəliyinin aktual məsələləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb

Xəbər lenti