Xəzər Xəbər

Hikmət Hacıyevlə Armen Qriqoryan görüşündə nələr müzakirə edilib? AÇIQLAMA

Gündəm | 10:23 • 28 Sentyabr 2022
Hikmət Hacıyevlə Armen Qriqoryan görüşündə nələr müzakirə edilib?

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə  Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında ABŞ-də keçirilən görüşdə müzakirə olunan məsələlər açıqlanıb.

Xezerxeber.az xəbər verir ki, Hikmət Hacıyev görüşdən sonra bu barədə mətbuata açıqlama verib.

"Biz bu görüşün təşkil edilməsinə və regionda davamlı sülhün təmin olunması istiqamətində səylərinə görə ABŞ tərəfinə təşəkkür edirik. Görüşün nəticələri haqda Ceyk Sullivan tərəfindən razılaşdırılmış qaydada məlumat verilmişdir. Burada da əsas məqam konkret vaxt çərçivəsində sülh gündəliyi üzrə səylərin davam etdirilməsidir. Görüşdə sülh müqaviləsi üzrə danışıqlar, sərhədlərin delimitasiyası, nəqliyyat xətlərinin açılması, o cümlədən humanitar gündəliyin tərkib hissəsi olan minalar və itkin düşmüş şəxslər məsələləri müzakirə olunub", - Prezidentin köməkçisi qeyd edib.

Xəbər lenti