Xəzər Xəbər

Şuşada şəhidlərin xatirəsinə namaz qılındı

Gündəm | 10:41 • 27 Sentyabr 2022
Şuşada şəhidlərin xatirəsinə namaz qılındı

27 sentyabr Vətən Müharibəsi şəhidlərinin anım günü ilə əlaqədar Şuşada namaz qılınıb.

XəzərXəbər xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli paylaşım edib.

O bildirib ki, namaz Yuxarı Gövhərağa məscidində qılınıb.

“Şəhidlərimizin müqəddəs ruhlarını Quran, namaz və dualarla yad etdik”, - deyə Hacı Şahin paylaşımında bildirib.

Xəbər lenti