Xəzər Xəbər

Ermənistan Azərbaycanın ətraf mühitinə uzunmüddətli zərər vurub

Gündəm | 10:20 • 25 Sentyabr 2022
Ermənistan Azərbaycanın ətraf mühitinə uzunmüddətli zərər vurub

Ermənistan Azərbaycanın ətraf mühitinə uzunmüddətli zərər vurub. Həmçinin Azərbaycanın minlərlə mədəni irs nümunəsi Ermənistan tərəfindən dağıdılıb, talan edilib və ya mənimsənilib.

Xezerxeber.az xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxışı zamanı deyib.

Nazir xatırladıb ki, bu ilin əvvəlində İSESKO Azərbaycana işğaldan azad edilmiş ərazilərində Mədəni İrsin Mühafizəsi Vəziyyətinin Qiymətləndirilməsini həyata keçirmək üçün texniki missiya göndərib: "Onilliklər ərzində Azərbaycan Ermənistanı regionda mədəni irsin qorunması və mühafizəsi üzrə qiymətləndirmə və məsləhətlər vermək üçün müstəqil, şəffaf YUNESKO missiyasını dəstəkləməyə çağırıb. Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğalı 2020-ci ildə başa çatsa da, hələ də YUNESKO-nun missiyası gəlməyib və mən bir daha belə bir missiyanın həyata keçirilməsinə açıq şəkildə çağırıram. Pozuntuların və dağıntıların miqyası azərbaycanlı mülki şəxsləri terrora məruz qoymaq, qətlə yetirmək və qovmaq, Azərbaycanın bütün izlərini bu ərazilərdən silmək kimi aydın niyyət və məqsədin olduğunu nümayiş etdirir".

Xəbər lenti