Xəzər Xəbər

Valideynlərə ŞAD XƏBƏR: Yeni proqram hazırlanır

Valideynlərin övladlarının dərsə davamiyyətini izləyə biləcəkləri yeni proqram hazırlanır
Gündəm | 11:56 • 9 Sentyabr 2022
Valideynlərə ŞAD XƏBƏR: Yeni proqram hazırlanır

“Bəzən tələbə öz akademik borclarını valideynlərə bildirmir və kreditlərin verilməsində problemlər meydana çıxır”.

XəzərXəbər xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun icraçı direktoru Araz Paşayev “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.

O qeyd edib ki, bunun üçün xüsusi proqram hazırlanır və valideynlər övladlarının dərslərə davamiyyəti, göstəricilərini izləyə biləcəklər.

A.Paşayev xatırladıb ki, qiyabi təhsil alan tələbələrə təhsil kreditlərinin verilməsi nəzərdə tutulmayıb: "Gələcəkdə bu məsələyə yenidən baxıla bilər".

Xəbər lenti