Xəzər Xəbər

Elxan Poluxov səfir vəzifəsindən geri çağırılıb

Gündəm | 18:19 • 19 Avqust 2022
Elxan Poluxov səfir vəzifəsindən geri çağırılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Elxan Polux oğlu Poluxov Azərbaycan Respublikasının Karib Hövzəsi Ölkələri Birliyi yanında səlahiyyətli nümayəndəsi vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Xezerxeber.az xəbər verir ki, Prezident İlham Əliyevin digər sərəncamı ilə Elxan Polux oğlu Poluxov Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasında və eyni zamanda Ekvador Respublikasında, Qayana Kooperativ Respublikasında, Surinam Respublikasında, Trinidad və Tobaqo Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Xəbər lenti