Xəzər Xəbər

Həftəsonuna kimi hava bürkülü olacaq

Milli Hidrometeorologiya Xidməti məlumat yayıb
Gündəm | 15:37 • 18 Avqust 2022
Həftəsonuna kimi hava bürkülü olacaq

Bu həftənin sonunadək Bakıda və Abşeron yarımadasında hava şəraitini az qradiyentli, nisbətən alçaq təzyiq sahəsi təyin edəcək.

Milli Hidrometeorologiya Xidmətindən xezerxeber.az-a bildirilib ki, bununla yanaşı, zəif cənub-şərq küləklərinin üstünlüyü havanın durğun və bürkülü keçməsinə səbəb olacaq.

Əsasən axşam saatlarında havada rütubətin daha yüksək olacağı gözlənilir. Havanın maksimal temperaturu 35-38° isti olduğu halda, sinoptik şəraitlə əlaqədar 40-41° isti kimi hiss olunacaq.

Xəbər lenti