Xəzər Xəbər

Ermənilərin PUA-sını endirən hərbçimiz danışdı FOTO

"Qarşı tərəfin istənilən təxribatının qarşısını almağa hər an hazırıq"
Gündəm | 15:02 • 18 Avqust 2022
Ermənilərin PUA-sını endirən hərbçimiz danışdı

"Döyüş növbətçiliyi apardığım zaman qarşı tərəfin pilotsuz uçuş aparatını aşkar etdim və zərərsizləşdirərək öz ərazimə endirdim".

Xezerxeber.az xəbər verir ki, bu fikirləri Şuşa şəhəri ətrafında erməni silahlı dəstələrinə məxsus kvadrakopteri endirən kiçik çavuş Əbülfəz Əhmədli deyib. 

"Qarşı tərəfin istənilən təxribatının qarşısını almağa hər an hazırıq",-deyə Ə.Əhmədli bildirib. 

Xatırladaq ki, avqustun 13-ü Şuşa şəhəri ətrafında bölmələrimizin mövqeləri üzərində kəşfiyyat məqsədli uçuşlar həyata keçirməyə cəhd göstərən qanunsuz erməni silahlı dəstələrinə məxsus kvadrakopter aşkar edilib və xüsusi üsulla endirilərək ələ keçirilib.

 

Xəbər lenti