Xəzər Xəbər

“Artilleriya atəşinin ustaları” müsabiqəsi başlayıb FOTO

Gündəm | 15:13 • 15 Avqust 2022
“Artilleriya atəşinin ustaları” müsabiqəsi başlayıb

“Beynəlxalq Ordu Oyunları-2022" yarışları çərçivəsində Qazaxıstan Respublikasının Otar hərbi bazasında keçirilən "Artilleriya atəşinin ustaları" müsabiqəsinin ilkin mərhələsi başlayıb.
Xezerxeber.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bu mərhələdə komandalar zirehli döyüş maşınlarında marşrut üzrə təyin olunan müxtəlif maneələri dəf edərək, minalanmış ərazini keçib, pulemyotlardan, minaatanlardan, qumbaraatanlardan və atıcı silahlardan atəş tapşırıqlarını yerinə yetiriblər.
Peşəkarlıq nümayiş etdirən artilleriyaçılarımız birinci mərhələdə bütün hədəfləri sərrast atəşlə məhv ediblər.

Xəbər lenti