Xəzər Xəbər

Günün hava proqnozu

Gündəm | 09:54 • 14 Avqust 2022
Günün hava proqnozu

Bu gün Bakıda və Abşeron yarımadasında günəşli, cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 24-28° isti, gündüz 34-37°, bəzi yerlərdə 39° isti olacaq.

Milli Hidrometeorologiya Xidmətindən xezerxeber.az-a verilən məlumata görə, Bakıda gecə 25-27° isti, gündüz 37-39° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət 40-50 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-39°, bəzi yerlərdə 41° isti, dağlarda gecə 13-18° isti, gündüz 22-27° isti olacaq.

Xəbər lenti