Xəzər Xəbər

Elm və Təhsil Nazirliyi VACİB MƏLUMAT yaydı - Regionlarda ilk dəfə...

İdarəedici heyətdə işləmək istəyən müəllimlər üçün təlimlər başlayır
Gündəm | 19:01 • 13 Avqust 2022
Elm və Təhsil Nazirliyi VACİB MƏLUMAT yaydı - Regionlarda ilk dəfə...

Şəki-Zaqatala Regional Təhsil İdarəsi gələcəkdə təhsil müəssisələrində idarəetmə heyətində çalışmaq arzusunda olan şəxsləri “Səriştəli İdarəçi Müəllim” İnkişaf Proqramına qoşulmağa dəvət edir.

XəzərXəbər bu barədə Regional Təhsil İdarəsinə istinadən xəbər verir. Belə ki, proqramın hədəfi region məktəblərində idarəetmə performansının yüksəldilməsi və təhsilin ümumi keyfiyyətinin artırılması məqsədilə nəzəri və təcrübi öyrənmə imkanları təmin edərək müasir çağırışlara cavab verən səriştəli idarəedicilərin hazırlanmasıdır.

İnkişaf Proqramı çərçivəsində seçilmiş namizədlərə mütəxəssislər tərəfindən liderlik, tədrisin təşkili və idarə edilməsi, təhsildə qiymətləndirmə və monitorinq, məktəbdə heyətin idarə edilməsi və məktəbdə səmərəli ünsiyyətin, sağlam psixoloji mühitin təşkili və idarə edilməsi modulları üzrə təlim kursu keçiriləcək. Sonrakı mərhələdə namizədlərin təhsil müəssisələrində təcrübi tapşırıqları icra edərək bu sahədə olan bacarıqlarının möhkəmləndirilməsi planlaşdırılır. Proqram eyni zamanda hazırda qurulmaqda olan “Sənin İnkişaf Məktəbin” kadr bankı portalına inteqrasiya ediləcək.

Proqramda iştirak etmək istəyən namizədlər üçün qoyulmuş tələblər:

1.Pedaqoji staj-5 il;

2.Qiymətləndirmə nəticəsi (DQ, MİQ) 80% dən yuxarı.

Seçim mərhələləri aşağıdakı kimidir:

1. Elektron sənəd qəbulu

2. Onlayn test mərhələsi

3. Əyani test mərhələsi

4. Müsahibə mərhələsi

5. Təlimlər

6. Praktik mərhələ

7. Yekun qiymətləndirmə

Qeydiyyat üçün:

https://forms.office.com/pages/responsepage.aspx?id=UM0ZOlTy6UGpAfZ0Zd66o9qEhmds71VEr3xwwMdTHOBUQ1ZQNFdXMkhDTVZKMjBFS1NHR1lBQVpXSS4u

 

Xəbər lenti