Xəzər Xəbər

Prezidentin müsahibəsi Xankəndidəki separatçıların canına vəlvələ saldı

Gündəm | 12:11 • 13 Avqust 2022
Prezidentin müsahibəsi Xankəndidəki separatçıların canına vəlvələ saldı

Özünü Xankəndidəki separatçı-terrorçu ermənilərin “xarici işlər naziri” adlandıran David Babayan Facebook səhifəsində Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 12-də AzTV-yə müsahibəsinə mövqeyini açıqlayaraq, Azərbaycan dövlət başçısına təşəkkürünü bildirib. 

XəzərXəbər xəbər verir ki, o sosial şəbəkə səhifəsində bunları yazıb:

“Azərbaycan Prezidenti İlham Əliyev dünən verdiyi müsahibədə bildirib ki, Azərbaycanın tərkibində Qarabağda yaşayan ermənilərin nə statusu, nə müstəqilliyi, nə də xüsusi imtiyazları olacaq. İlk növbədə Əliyevə səmimiyyətinə görə təşəkkür etmək istəyirəm. Həqiqətən də, nə Azərbaycan, nə də onun rəhbərliyi heç vaxt Qarabağla bağlı planlarını gizlətməyib və ya aldatmayıb. İkincisi, doğrudan da, “artsax” Azərbaycanın tərkibində heç nə olmayacaq, çünki “artsax”ın özü olmayacaq. Bundan başqa, Azərbaycan daxilində hər hansı status Qarabağ üçün qəbuledilməzdir”.

Xəbər lenti