Xəzər Xəbər

Müdafiə Nazirliyi yeni məlumat yaydı FOTO

Gündəm | 18:56 • 11 Avqust 2022
Müdafiə Nazirliyi yeni məlumat yaydı

Bu gün Xocavənd rayonunun Tuğ kəndi ərazisində Ermənistan Silahlı Qüvvələrinə məxsus "Mİ-8" helikopterinin qalıqları aşkar edilib.

XəzərXəbər xəbər verir ki, bu barədə MN məlumat yayıb.

Aparılan araşdırmalar nəticəsində müəyyən olunub ki, həmin qalıqlar Vətən müharibəsi zamanı 2020-ci il oktyabr ayının 18-də Xocavənd rayonunun Tuğ kəndi istiqamətində Azərbaycan Hərbi Hava Qüvvələrinin bölmələri tərəfindən ekipajı ilə birlikdə vurulan Ermənistan Silahlı Qüvvələrinə məxsus "Mİ-8" helikopteridir.

Xəbər lenti