Xəzər Xəbər

Azərbaycan hərbçisi Kəlbəcərdə minaya düşərək həlak oldu

Gündəm | 20:52 • 5 Avqust 2022
Azərbaycan hərbçisi Kəlbəcərdə minaya düşərək həlak oldu

Kəlbəcər rayonunun şərqində, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində avqustun 5-də Azərbaycan Ordusunun hərbi qulluqçusu Əliyev Babək Əsgər oğlu həlak olub.

Bu barədə XəzərXəbər-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

"Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir! Allah rəhmət eləsin!", - məlumatda qeyd edilib.

Xəbər lenti