Xəzər Xəbər

Elm və Təhsil Nazirliyi VACİB MƏLUMAT yaydı

Nazirlik sertifikasiyanın ləğvi barədə yayılan məlumatlara münasibət bildirib
Gündəm | 17:42 • 5 Avqust 2022
Elm və Təhsil Nazirliyi VACİB MƏLUMAT yaydı

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin təxirə salınması ilə bağlı yayılan səsyazısı həqiqqəti əks etdirmir.

Bu barədə XəzərXəbər-ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, sosial şəbəkələrdə dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin təxirə salınması ilə bağlı səsyazısı yayılıb: "Bildiririk ki, paylaşılan məlumat həqiqəti əks etdirmir. Elm və Təhsil Nazirliyi olaraq vətəndaşlardan ancaq rəsmi xəbərlərə istinad etməyi xahiş edirik".

Xəbər lenti