Xəzər Xəbər

Təhsil naziri əmr imzaladı - Bu şəxslərin siyahısı açıqlandı

Bu il Azərbaycanda məktəbi qızıl və gümüş nişanla bitirən məzunların adları açıqlanıb
Gündəm | 8,907 | 18:40 • 26 İyul 2022
Təhsil naziri əmr imzaladı - Bu şəxslərin siyahısı açıqlandı

Təhsil naziri Emin Əmrullayev “Ümumi təhsil müəssisələrinin 2021-2022-ci tədris ili üzrə məzunlarının qızıl və gümüş nişanla təltifi haqqında” əmr imzalayıb.

XəzərXəbər xəbər verir ki, əmrə əsasən ötən tədris ili üzrə ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran XI sinif məzunlarından 136 nəfər qızıl, 79 nəfər isə gümüş nişanla təltif olunub.

Qeyd edək ki, qızıl və gümüş nişanla təltif olunan şagirdlər Nazirlər Kabinetinin 2010-cu il qərarı ilə təsdiq olunmuş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydası”na əsasən müəyyənləşdirilib.

Xəbər lenti