Xəzər Xəbər

DİM sədri valideynlərə çağırış etdi - 9-cu sinif şagirdi...

DİM sədri: 9-cu sinfə aşağı nəticə ilə gələn şagird həyatı boyu nə 500, nə də 700 bal toplamayacaq
Gündəm | 16:08 • 2 İyul 2022
DİM sədri valideynlərə çağırış etdi - 9-cu sinif şagirdi...

“Zəif nəticə göstərən şagirdlərin repetitor yanına getməsi nəticəni elə də dəyişmir”.

Bunu “Report”un sualına cavabında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, tədris proqramının, eləcə də lazım olan bilik və bacarığın 20 %-ni özündə cəmləşdirən 9-cu sinif şagirdi repetitor yanına gedəndə iki il ərzində nəticəyə ən çoxu 40 % əlavə edə bilər: “9-cu sinfə 20 %-lik nəticə ilə gəlib çatan şagird həyatı boyu nə 500, nə 600, nə də 700 bal toplamayacaq. Ona görə də bunu başa düşməlidirlər və daimi olaraq aşağı siniflərdən yaxşı oxumalıdırlar”.

DİM sədri təəssüflə bildirib ki, ənənəvi yanaşma əsasında valideynlər yalnız ibtidai sinifdə övladının təhsilinə diqqət yetirirlər: "Yeniyetməlik dövründəki nizam-intizam məsələsi ilə bağlı problem səbəbindən onların təhsilinə olan diqqət kütləvi şəkildə azalır. Valideynlərin sonrakı diqqəti yalnız 9-cu sinifdən sonra ali məktəbə qəbul olmaq istəyi ilə əlaqədar yenidən başlayır. Təhsilə diqqət daimi olmalıdır, müddətlik yox. Uşaqların ehtiyaclarını eşitmək və başa düşmək lazımdır. Müəllimlərdən başqa valideyn bunu daha yaxşı bilməlidir".

"Valideynlərlə işləmək lazımdır. Bizdə psixoloji xidmətlər açılıb və hər zaman valideynlərə məsləhətlər verməyə hazırıq. Çünki təlim-tərbiyə prosesi daim gedir. Hər insan öz bildiyini övladına çatdırır. Elə hallar da olur ki, intellektual qidanı valideyn övladına verə bilmir. Valideynə də bu mövzuda kömək lazımdır” – Məleykə Abbaszadə əlavə edib.

Xəbər lenti

Quzu əti bahalaşıb VİDEO
20:25 • 19 Avqust 2022