Xəzər Xəbər

Azərbaycan Prezidenti: Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi parlamentlərarası əlaqələrin inkişafına töhfə verəcək

Gündəm | 11:11 • 30 İyun 2022
Azərbaycan Prezidenti: Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi parlamentlərarası əlaqələrin inkişafına töhfə verəcək

Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi təkcə ölkələrimiz arasında həmrəyliyin gücləndirilməsinə deyil, parlamentlərarası əlaqələrin də inkişafına mühüm töhfə verəcək.

XəzərXəbər xəbər verir ki, bu barədə iyunun 30-da Prezident İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxışında deyib.

“Biz istəyirik ki, səsimiz qlobal səviyyədə duyulsun. Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi irəli sürdüyümüz yeganə təşəbbüs deyil. Digər təşəbbüs isə Gənclər Şəbəkəsidir. Gələn ay Bakı daha bir mühüm tədbirə ev sahibliyi edəcək. Gənclər Şəbəkəsinin toplantısı Bakıda keçiriləcək”, - dövlət başçısı bildirib.

Xəbər lenti