Xəzər Xəbər

Qeyri-sabit hava şəraiti davam edəcək

Milli Hidrometeorologiya Xidmət məlumat yayıb
Gündəm | 17:01 • 28 İyun 2022
Qeyri-sabit hava şəraiti davam edəcək

Bakıda və Abşeron yarımadasında iyun ayının sonunadək şimal-qərb küləyi 15-20 m/s, yarımadanın bəzi yerlərində arabir 23-28 m/s olacaq.

Milli Hidrometeorologiya Xidmətindən xezerxeber.az-a verilən xəbərə görə, iyun ayının sonunadək əsasən şimal və qərb rayonlarında qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı gözlənilir. 

Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s olacaq.

Çaylarda sululuğun artacağı ehtimal olunur.

Xəbər lenti