Xəzər Xəbər

Müdafiə Nazirliyi məlumat yaydı: İyunun 29-dan iyulun 2-dək...

Gündəm | 12:23 • 28 İyun 2022
Müdafiə Nazirliyi məlumat yaydı: İyunun 29-dan iyulun 2-dək...

Azərbaycan Ordusunun bölmələri istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarını təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiya edəcək.

Bu barədə XəzərXəbər-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, döyüş sursatlarının utilizasiya prosesi iyunun 29-dan iyulun 2-dək Seyfəli poliqonunda həyata keçiriləcək.

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.

Xəbər lenti