Xəzər Xəbər

FHN-in amfibiya tipli təyyarəsi Türkiyədədir FOTO

Gündəm | 10:12 • 24 İyun 2022
FHN-in amfibiya tipli təyyarəsi Türkiyədədir

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasındakı meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsi üçün qardaş ölkəyə kömək məqsədilə yola salınmış Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə Türkiyənin Muğla bölgəsinin Dalaman Hava Limanına çatıb.

Fövqəladə Hallar Nazirliyindən xezerxeber.az-a bildirilib ki, təyyarə sabah səhər saatlarından etibarən yanğınların söndürülməsi əməliyyatlarına başlayacaq.

Xəbər lenti