Xəzər Xəbər

Siyasi partiyaların rəhbərləri və politoloqlar Zəngilana səfər ediblər

Gündəm | 08:53 • 24 İyun 2022
Siyasi partiyaların rəhbərləri və politoloqlar Zəngilana səfər ediblər

Ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri və bir qrup politoloqlar iyunun 24-də Zəngilana səfər ediblər. Azərbaycan Respublikası Prezident Administrasiyasının təşkilatçılığı ilə həyata keçirilən səfərin məqsədi Zəngilan rayonunda aparılan bərpa-quruculuq layihələri ilə yaxından tanış olmaqdır.

Xezerxeber.az xəbər verir ki, sayca 4-cü olan birgə səfərin ünvanı Zəngilan rayonudur. Təşkil olunan səfərdə 40 siyasi partiyanın 46 nümayəndəsi, həmçinin 6 tanınmış politoloq, siyasi şərhçi və 19 jurnalist də iştirak edir.

Xəbər lenti