Xəzər Xəbər

Prezident: Əminəm ki, göstərdiyimiz səylər Ermənistan tərəfindən müsbət qəbul ediləcək

Gündəm | 21:38 • 23 İyun 2022
Prezident: Əminəm ki, göstərdiyimiz səylər Ermənistan tərəfindən müsbət qəbul ediləcək

"Əminəm ki, göstərdiyimiz səylər Ermənistan tərəfindən də müsbət qəbul ediləcək və çoxillik qarşıdurmaya son qoyulacaq".

XəzərXəbər xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüşündə deyib.

Dövlət başçısı qeyd edib:

"Bu gün, əlbəttə, regionda vəziyyət, münaqişədən sonrakı vəziyyət, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi barədə danışacağıq. Siz bizim mövqeyimizi bilirsiniz. Bu mövqe regionda uzunmüddətli sülhün bərqərar olmasına yönəlib. Sülh müqaviləsi üzərində işə başlamaq barədə bizim təklifimiz hələlik cavabsız qalır, lakin biz hələ ümid edirik ki, bu təklif müsbət qəbul ediləcək".

Xəbər lenti

Çox oxunanlar