Xəzər Xəbər

Rəsul Rzanın ev-muzeyi yaradılacaq SƏRƏNCAM

Gündəm | 15:11 • 23 İyun 2022
Rəsul Rzanın ev-muzeyi yaradılacaq

İyunun 23-də Prezident İlham Əliyev Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, Dövlət Mükafatı laureatı Rəsul Rzanın ev-muzeyinin yaradılması haqında Sərəncam imzalayıb.

Xezerxeber.az xəbər verir ki, Sərəncama əsasən, Səbail rayonu, Rəsul Rza küçəsi 21/26, mənzil 18 ünvanında Xalq şairinin ev-muzeyinin yaradılması ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılıb.

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, Dövlət Mükafatı laureatı Rəsul Rza milli poetik fikir salnaməsinə yeni səhifələr yazan novator sənətkar kimi böyük şöhrət qazanmış, ana dilinin zənginliklərindən uğurla faydalanaraq, yarım əsrə yaxın dövr ərzində daim yüksək bədii dəyəri ilə seçilən çox sayda əsərlər yaratmış, eyni zamanda ölkənin ictimai və mədəni həyatında yaxından iştirak edərək, genişmiqyaslı dolğun fəaliyyəti ilə tanınmışdır.

Xəbər lenti