Xəzər Xəbər

Əli Əhmədov Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin yeni rəhbəri ilə görüşüb

Gündəm | 14:40 • 23 İyun 2022
Əli Əhmədov Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin yeni rəhbəri ilə görüşüb

Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov iyunun 23-də Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin səlahiyyətləri başa çatmaqda olan rəhbəri Arian Bauer və nümayəndəliyin yeni rəhbəri Draqana Koiç ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, görüşdə Azərbaycan ilə BQXK arasında uzunmüddətli əməkdaşlığın uğurlu nəticələri barədə söhbət açılıb, birgə həyata keçirilən layihələrin önəmi vurğulanıb.

Həmçinin BQXK-nın Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti ilə bağlı cari və perspektiv məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Xəbər lenti