Xəzər Xəbər

Zəngilan və Qubadlı ilə bağlı MÜHÜM XƏBƏR: Radiasiya aşkar edildi

Gündəm | 14:33 • 23 İyun 2022
Zəngilan və Qubadlı ilə bağlı MÜHÜM XƏBƏR: Radiasiya aşkar edildi

“İşğaldan azad olunmuş ərazilərdə üç yerdə radio-aktiv mənbə tapılıb. Bunlar müxtəlif texnikalarda istifadə olunan radioaktiv qurğularda aşkarlanıb. Söhbət döyüş meydanında üzə çıxan radioasiyadan gedir. Vurulan tankın içərisində radioaktiv mənbə görünüb. Başqa yerdə, yenə də tankda “sferblat” aşkarlanıb. Radiasiyalar əsasən vurulmuş texnikanın içərisində müəyyən olunub. Radioaktiv mənbələr əsasən Zəngilan və Qubadlı zonasında aşkar edilib”.

XəzərXəbər Publika.az-a istinadən xəbər verir ki, bu fikirləri AMEA Radiasiya Problemləri İnstitutunun baş direktoru, professor İslam Mustafayev deyib.

Baş direktor bildirib ki, Oxçuçayda aparılan ölçmələr zamanı bəzi metallarda 1,7, bəzilərində 7 dəfəyədək ağır konsentrasiyanın çox olduğu müəyyənləşib:

“Monitorinqlər mərkəzləşmiş qrup tərfindən aparılıb. Həmin qrup dövlət tərəfindən yaradılıb. İşğaldan azad olunan ərazilərin ekoloji monitorinqi bizim institutun tədqiqat planında da öz əksini tapıb. Biz bu məsələni başqa qruplarla yox, ayrıca araşdırmaq istəyirik. Bunun üçün icazə almaq mərhələsindəyik”.

İslam Mustafayevin sözlərinə görə, onlar əsasən radio-ekoloji monitorinq aparıblar: “Amma Oxçuçayda kimyəvi monitorinq də həyata keçirmişik. Söhbət ağır metalların konsentrasiyasının ölçülməsindən gedir. Bunu tam monitorinq adlandırmaq olmaz. Çünki ancaq minalardan təmizlənmiş ərazilərdə, hərəkət etmək mümkün olan yerlərdə monitorinq həyata keçirə bilmişik. İndi biz yeni qurğu yaradırıq. Bu qurğunun hazırlanması işləri bitmək üzrədir. Bu qurğu dronlara birləşdiriləcək. Həmin cihaz təhlükəli zonalarda da monitorinq aparacaq. Bunun üçün icazə almağa çalışırıq”.

Xəbər lenti