Xəzər Xəbər

Ceyhun Bayramov ilə Mövlud Çavuşoğlu arasında telefon danışığı olub

Gündəm | 08:59 • 23 İyun 2022
Ceyhun Bayramov ilə Mövlud Çavuşoğlu arasında telefon danışığı olub

İyunun 22-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən xezerxeber.az-a bildirilib ki, nazirlər ikitərəfli gündəliyin aktual məsələləri, habelə çoxtərəfli çərçivələrdə əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin cari regional vəziyyəti müzakirə ediblər, bölgədə sülhün təmin edilməsi üçün səylərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Xəbər lenti