Xəzər Xəbər

Azərbaycan XİN Əfqanıstana başsağlığı verib

Gündəm | 16:35 • 22 İyun 2022
Azərbaycan XİN Əfqanıstana başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Əfqanıstanda baş verən güclü zəlzələ ilə bağlı başsağlığı verib.

XəzərXəbər xəbər verir ki, bu barədə nazirliyin rəsmi "Twitter" hesabında bildirilib.

"Əfqanıstanda baş vermiş dağıdıcı zəlzələ nəticəsində insan tələfatı və dağıntılar bizi dərindən kədərləndirir. Bu faciədə həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edirik", - deyə paylaşımda qeyd edilib.

Qeyd edək ki, Əfqanıstanda ötən gecə baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların sayı min nəfərə çatıb.

Xəbər lenti