Xəzər Xəbər

Azərbaycana gələn Venesuela rəsmilərində COVID-19 aşkarlandı

Gündəm | 14:09 • 17 İyun 2022
Azərbaycana gələn Venesuela rəsmilərində COVID-19 aşkarlandı

Azərbaycanda səfərdə olan Venesuela Prezidenti Nikolas Maduronun rəhbərlik etdiyi nümayəndə heyətinin bəzi üzvlərində koronavirus (COVID-19) aşkarlanıb.

XəzərXəbər xəbər verir ki, rəsmi şəxslərin bir neçəsinin koronavirus testinin nəticəsi müsbət çıxıb.

Qeyd edək ki, Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro iyunun 16-da Azərbaycana işgüzar səfərə gəlib.

Xəbər lenti