Xəzər Xəbər

Bu qanun iyulun 1-dən qüvvəyə minəcək

Gündəm | 1,005 | 13:30 • 27 May 2022
Bu qanun iyulun 1-dən qüvvəyə minəcək

“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanuna təklif edilən dəyişikliklər qəbul olunub. 

XəzərXəbər xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. 

Layihəyə əsasən, enerji istehlakına dair məlumatın əldə edilməsi və iqtisadi cəhətdən səmərəli enerji istehlakı imkanlarının müəyyənləşdirilməsi məqsədilə enerji auditi binaların qiymətləndirilməsini də əhatə edəcək.

Qanunun 2022-ci il iyulun 1-dən qüvvəyə minməsi nəzərdə tutulub. 

Sənəd bu gün plenar iclasda səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

Xəbər lenti