Xəzər Xəbər

Qarsda Türkiyə və Azərbaycan hərbçilərinin birgə təlimi davam edir

Gündəm | 19:10 • 22 May 2022
Qarsda Türkiyə və Azərbaycan hərbçilərinin birgə təlimi davam edir

Azərbaycan və Türkiyə hərbçilərinin qardaş ölkədə davam edən birgə təlimləri çərçivəsində Seçilmiş Müşahidəçi Günü keçirilib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin rəsmi tviter səhifəsində yer alan məlumatda deyilir: “Bizi bir-birimizə bağlayan sarsılmaz qardaşlığımızdır.

Azərbaycan türkü qardaşlarımızla birlikdə Qarsda icra etdiyimiz “Heydər Əliyev-2022” Faktiki Atış Birgə Batalyon İşçi Qrupunun Səhra Təlimi”nin Seçilmiş Müşahidəçi Günü keçirilib.

Xəbər lenti