Xəzər Xəbər

Azərbaycan və Türkiyə XİN başçıları arasında telefon danışığı olub

Gündəm | 14:26 • 22 May 2022
Azərbaycan və Türkiyə XİN başçıları arasında telefon danışığı olub

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Xezerxeber.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, danışıq zamanı ikitərəfli münasibətlər, eləcə də Azərbaycan və Türkiyənin birgə daxil olduğu üçtərəfli mexanizmlər, həmçinin Cənubi Qafqaz regionunda və Ukraynadakı son yeniliklər müzakirə edilib.

Xəbər lenti