Xəzər Xəbər

Ceyhun Bayramov Türkiyədə baş verən yol qəzası ilə əlaqədar başsağlığı verib

Gündəm | 11:56 • 22 May 2022
Ceyhun Bayramov Türkiyədə baş verən yol qəzası ilə əlaqədar başsağlığı verib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə baş verən avtobus qəzası ilə əlaqədar başsağlığı verib.

Xezerxeber.az xəbər verir ki, nazir bununla bağlı sosial media hesabında paylaşım edib.

Paylaşımda bildirilir: 

“Qardaş Türkiyədə Adanadan Konya istiqamətində tələbələri daşıyan avtobusun qəza törətməsi xəbəri bizi çox kədərləndirdi. Qəza nəticəsində həyatını itirənlərin ailə üzvlərinə və yaxınlarına başsağlığı bildirir, yaralılara Allahdan şəfa diləyirik”.

Qeyd edək ki, Türkiyədə tələbələri daşıyan avtobus qəzaya uğrayıb. Hadisə nəticəsində 3 nəfər ölüb, 41 nəfər yaralanıb.

Xəbər lenti